Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub

  • By admin
  • 12 Dekabr 2016 19:06

qeza

 

Bakıda sabiq deputatlığa namizədi avtomobil vurub.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, “Aqata” şadlıq sarayından çıxaraq yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Ağayev Qaraxan Zilfi oğlunu avtomobil vurub. Xəsarət alan Q.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Q.Ağayev keçmiş deputatlığa namizəddir. Onun namizədliyi 2010-cu ildə “Qarabağ” bloku tərəfindən irəli sürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info