Bakıda şadlıq sarayında yanğın oldu

  • By admin
  • 03 Noyabr 2022 21:17

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat verib.

Bildirilib ki, “Millenium” şadlıq sarayında toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb.Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib.

Şadlıq sarayında toy mərasiminin iştiralçıları çölə çıxarılıb.Binanın damına alovun keçməsinin qarşısı alınıb.

Yanğın söndürülüb.Şadlıq sarayına elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda araşdırma aparılır.

Gununsesi.info