Bakıda şadlıq sarayında BƏDBƏXT HADİSƏ

  • By admin
  • 03 Oktyabr 2022 13:29

Bakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, Xətai rayonu Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info