Bakıda şagirdlərə qızıl nişanlar verildi – SİYAHI

Təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi barədə əmr imzalayıb.

Gununsesi.info xəbər verir ki, əmrə əsasən 125 XI sinif məzunları qızıl nişanla təltif olunub.

HTML tutorial

67 XI sinif məzunları isə gümüş nişanla təltif olunub.

Nazirin göstərişi ilə qızıl və gümüş nişana layiq görülən təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.

Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə olunub.

Nişanlarla təltif olunan məzunların siyahısı ilə bu linkə daxil olaraq tanış olmaq mümkündür.