Bakıda şagirdlər məktəbin həyətində narkotik qəbul edib? - Video

Bakı şəhər Nəsimi rayonu ərazisində yerləşən orta məktəblərin birinin ərazisində bir neçə şagirdin narkotik qəbul etməsi ilə bağlı görüntülər yayılıb.

Gununsesi.info xəbər verir ki, görüntülərdə 3 məktəbli və 1 nəfər yaşlı kişinin məktəbin arxa hissəsində şübhəli hərəkətlər etdiyi bildirilir. İddia olunur ki, yaşlı şəxs şagirdlərə narkotik verib və onlar həmin vasitəni qəbul ediblər.

Məsələ ilə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev saytımızın sorğusuna cavab olaraq bildirib ki, polis videogörüntülərlə bağlı araşdırma aparır: “İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

 

Gununsesi.info