Bakıda sağlamlıq mərkəzində yanğın baş verib.
Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 170 kv.m olan sağlamlıq mərkəzinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info