Bu ilin yanvarın 7-də dünyanın 25 ölkəsinin 60-dan çox şəhərində belə aksiya keçirilməsi nəzərdə tutulur. Dünyada bu tip flaşmoblar 13 ildir keçirilir. 13 il ərzində flaşmobun bu formasında demək olar ki, heç bir ciddi dəyişiklik olmayıb.

Xatırladaq ki, 2014-cü il martın 1-də metrostansiyalarda “Metroda şalvarsız bir gün” aksiyasının keçirilməsi ilə bağlı mətbuat və sosial şəbəkələrdə xəbərlər yayılmışdı. Daxili İşlər Nazirliyi fləşmobun qarşısını alaraq bunun həyata keçirilməsinə imkan verməmişdi.

Bu dəfə də “şalvarsız aksiya” fləşmobçularının arzusu baş tutmayacaq.

Gununsesi.info xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev aznews.az-a açıqlamasında deyib ki, ictimai asayişi qorumaq məqsədilə hüquq-mühafizə orqanları bu aksiyanın keçirilməsinin qarşısını alacaq və belə bir fləşmobun keçirilməsinə imkan verilməyəcək.