Bakıda saxlanılan rusiyalılar anaları ilə görüşüblər

Bakıda saxlanılan Rusiya vətəndaşlarının anaları ilə görüşü təşkil olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə 360.ru-ya saxlanılanlardan birinin bacısı Anastasiya Bezuqlaya məlumat verib.

Onun sözlərinə görə, bir neçə görüş baş tutub və bütün lazımi əşyaların ötürülməsi təmin edilib. Qadın bildirib ki, saxlanılanların şəraitdən şikayətləri yoxdur.

Bezuqlayanın məlumatına görə, saxlanılan rusiyalıların anaları ilə görüşünü Azərbaycanın ombudsmanı Səbinə Əliyeva təşkil edib.

Xatırladaq ki, iyulun 1-də Bakıda İrandan narkotik tranziti, qadağan olunmuş maddələrin onlayn ticarəti və kiberfırıldaqçılıqda şübhəli bilinən səkkiz rusiyalı saxlanılıb.

 

 

Gununsesi.info