Bakıda sementlə dolu yük maşını belə aşdı  - FOTO

  • By admin
  • 20 İyun 2018 17:57

Sement daşıyan maşın aşdı: Xəsarət alanlar var
Bakı-Qazax yolunun 44-cü kilometrliyində betonqarışdıran maşın aşıb.
Lent.az-ın əməkdaşının verdiyi xəbərə görə, təxminən bir saat əvvəl 99 JM 011 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi aşıb. Nəqliyyat vasitəsi ciddi ziyan görüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
Nəticədə Bakı-Qazax yolunun qəza baş verən hissəsində avtomobillərin hərəkətində problem yaranıb.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.