Bakıda sexdə yanğın hadisəsi baş verib -Video

  • By ilhame
  • 30 İyul 2024 22:51

Bakıda sexdə yanğın hadisəsi baş verib.

 

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.