Bakıda “Shacman” yeniyetmənin üstündən keçərək onu öldürüb - FOTOLAR (YENİLƏNİB)

  • By admin
  • 15 Noyabr 2016 12:32

sacman

Yük avtomobili məktəblini vurub,uşaq dünyasını dəyişib.

Gününsəsi.info xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində qeydə alınıb. “Shacman” markalı yük maşını yolu keçmək istəyən 5-ci sinif şagirdi Eyvazov Səid Sakit oğlunu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Qəza yerində polis əməkdaşları olublar. “Shacman”-nın sürücüsü saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb. Qəzanın baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

sacman1

Gününsəsi.info