
Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb.
Gununsesi.info Oxu.az-a istinadən xəbər verir ki, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb.
Yaralılar təcili tibbi yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya aparılıblar.
TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Əlavə məlumat veriləcək.
Gununsesi.info