Bakıda silahlı şəxs tutulub

  • By admin
  • 15 Mart 2017 13:27

hebs

Neftçala rayon sakinindən tapança, patronlar və patron darağı götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Neftçala rayon sakini Məmmədqasım Bədəlovdan nömrəsi silinmiş “TOZ” markalı tapança, 3 ədəd patron və 1 patron darağı götürülüb.

Anar
Gununsesi.info