Bakıda şirkətdən aldatma yolu ilə 17 min manatlıq avadanlıq alınıb

Nizami rayonu ərazisində yerləşən şirkətlərin birindən aldatma yolu ilə 17.480 manat dəyərində elektrik əşyalarının alınması barədə polisə məlumat daxil olub.

Gununsesi.info DİN-ə istinadən xəbər verir ki, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən B.Əhmədov və B.Bəşirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.