Bakıda şirkət binası yanarkən 42 nəfər təxliyə edilib

  • By admin
  • 10 Noyabr 2017 15:52

Bakıda biznes mərkəzində baş verən yanğın zamanı 42 nəfər təxliyə edilib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli “AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəs yanğından mühafizə olunub.

Gununsesi.info