Bakıda şopinq həvəskarları üçün yeni kampaniya keçirilir

  • By admin
  • 01 Avqust 2016 18:40

uber

 

Bakı şəhəri üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda bütün şopinq həvəskarları üçün yeni kampaniyaya start verib.

Bu haqda Gununsesi.info-ya şirkətdən məlumat verilib. Belə ki, indi bütün yeni “Uber” istifadəçiləri smartfonlarında tətbiqə müvafiq promokodu daxil edərək paytaxtın üç ən tanınmış ticarət mərkəzinin birinə tam pulsuz gedə biləcəklər. Yeni kampaniya şəhərin üç populyar alış-veriş mərkəzini əhatə edir: “28 Mall”, “Ganjlik Mall” və “Port Baku Mall”. Sözügedən üç ticarət mərkəzinin birinə pulsuz gediş əldə etmək üçün üç promokoddan birini smartfondakı tətbiqə daxil etmək lazımdır – PORTBAKUMALL, GanjlikMall və ya 28Mall. Aksiyada iştirak etmək üçün bunları həyata keçirmək lazımdır: Smartfona “Uber” tətbiqini yükləmək; PORTBAKUMALL, GanjlikMall və ya 28Mall promokodlarından birini daxil edərək avtomobil sifariş vermək; Hər bir promokod sözügedən ticarət mərkəzinin birinə yalnız bir pulsuz gediş imkanı verir; Hər bir yeni istifadəçi üç promokodun yalnız birindən yararlana bilər; Promokodlar ancaq yeni “Uber” istifadəçilərinə şamil olunur. Qeyd edək ki, Kampaniya bu il sentyabrın 31-dəl davam edəcək. “Uber” əməkdaşlarının 80%-dən çoxu proqramçı olduğundan şirkət öz inkişafı üçün analoji strategiyaları üzərində dayanır və məhz bu səbəbdən “Uber”in marketinqi də texnolojidir. O, istifadəçilərə maksimal rahat xidmət göstərmək və onların hər birinə ilk dəfə olaraq sözügedən xidmətdən tam pulsuz yararlanaraq onu sınaqdan keçirmək imkanını yaradır.

Gülnaz Qənbərli

Gununsesi.info