Yasamal səhəri belə açdı - VİDEO

Bakının Yasamal rayonunda su borusu partlayıb.

Gununsesi.info xəbər verir ki, qəza baş verən borunun ətrafını su basıb, avtomobillərin gedişində çətinlik yaranıb.

HTML tutorial

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Əsəd Əliyev küçəsində yüksək təzyiqli yeraltı xətt deşilərək 5 metr hündürlüyündə fontan vurub, küçəni su basıb. Nəticədə ərazidəki bir sıra obyektlərə ziyan dəyib.

Dərhal ərazidə xidmət aparan polis əməkdaşları məsələyə müdaxilə edib. Vətəndaşlara dəyən ziyanın qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Daha sonra polis əməkdaşları hadisə yerinə aidiyyəti dövlət qurumlarının cəlb olunması istiqamətində onları məlumatlandırıblar.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Gununsesi.info