Bakıda sürücü sükan arxasında ölüb

  • By admin
  • 16 May 2023 14:21

Bakıda sürücü sükan arxasında ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə Ziya Bünyadov küçəsində qeydə alınıb.

30-35 yaşlı sürücü avtomobili idarə edərkən ölüb, bu zaman avtomobil səkiyə çırpılıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlkin məlumata görə, sürücü ürəktutmadan ölüb.

Gununsesi.info