Bakıda sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslərin törətdiyi qəzaların sayı məlum olub

  • By admin
  • 07 Dekabr 2021 11:17

Cari ilin 11 ayı ərzində paytaxt ərazisində sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər tərəfindən törədilən yol qəzaların sayı açıqlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli saytın sorğusuna cavab olaraq bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər tərəfindən 39 yol-nəqliyyat hadisəsi törədilib.

Nəticədə 18 nəfər həyatını itirib, 29 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Gununsesi.info