Paytaxtda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı dəmir yolayrıcına çırpılıb.
Nəticədə sürücü 1978-ci il təvəllüdlü Musayev Kamil Maqsud oğlu vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər K. Musayevin cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 03:44-də başa çatıb.