Bakıda şüşə zavodunda usta faciəli şəkildə ölüb

  • By admin
  • 18 Yanvar 2017 12:01

ölüb

Bakıda zavodda faciəli hadisə baş verib.

Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, hadisə Sahil qəsəbəsində fəaliyyət göstərən “İnter Glass” ASC-ə məxsus şüşə zavodunda qeydə alınıb. Orada usta işləyən, 1959-cu il təvəllüdlü Vahid Zəkəriyyə oğlu Yarov krandan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.