
İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 31 nəfər müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, dünən günvurma ilə bağlı stansiyaya 2 müraciət olub.
Nazirlikdən bildiriblər ki, günvurma diaqnozu ilə müraciət edənlərdən 12 nəfəri xəstəxanaya yerləşdirilib.
Gununsesi.info