Bakıda taksi sürücüsü sərnişini maşında bıçaqladı -VİDEO

Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb. Əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

HTML tutorial

İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info