Bakıda TDT ölkələri nazirlərinin II iclası keçiriləcək

  • By admin
  • 30 Avqust 2023 12:22

6-8 sentyabr 2023-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclası keçiriləcək.

FHN-dən verilən məlumata görə, iclasda TDT-yə üzv və müşahidəçi ölkələrin fövqəladə hallarla mübarizə üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı nəzərdə tutulur.

Həmçinin, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.

Gununsesi.info