Bakıda telefon qovşağından oğurluq edən şəxs tutuldu

  • By admin
  • 06 Yanvar 2018 14:36
Bakıda telefon qovşağından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 2-dən 5-dək olan müddətdə Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində rayon telefon qovşağına məxsus 4 dirəkdən 98 metr telefon kabelinin kəsilərək oğurlanması barədə 14-cü Polis Bölməsinə müraciət daxil olub.
Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi başlanılıb.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır.
Gununsesi.info