Bakıda temperatur normadan 8° yuxarı olub

  • By admin
  • 10 İyul 2023 13:12

İyulun 10-u saat 11:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı: Balakən, Gədəbəy, Daşkəsən, Gəncədə 5 mm-dək olub.

Külək: şimal-qərb küləyi arabir Şərurda 20 m/s, Mingəçevirdə 19 m/s, Ceyrançöl, Bərdə, Naftalanda 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib.

Havanın maksimal temperaturu: İyulun 9-da Bakıda iqlim normasından 8.0 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında , Naxçıvan MR-da 40 dərəcəyədək isti, aran rayonlarında 42 dərəcəyədək isti, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.

Gununsesi.info