Bakıda ticarət mərkəzi bağlandı

  • By admin
  • 09 Dekabr 2021 17:06

Bakıda “Xalqlar dostluğu” ticarət mərkəzində uzun illərdir çalışan bir qrup icarədar qiymətlərin baha olmasına etiraz edərək mağazalarını bağlayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə  şikayətçilər bildiriblər ki, yarmarka rəhbərliyi icarə qiymətlərində heç bir güzəştə getmədiyi üçün mağaza işlətmək onlara sərf etmir. Onlar həmçinin deyiblər ki, pandemiya vaxtı da onlara güzəşt olunmayıb.

HTML tutorial

Hazırda 86 icarədarın mövcud qiymətlərdən narazı olduğunu deyən şikayətçilər bu məqsədlə mağazaları bağlayaraq işləməkdən imtina ediblər.

Gununsesi.info