Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsində ticarət mərkəzində yanğın olub.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
***
Ətraflı
Hadisə barədə “Azərbaycan Dəmir Yolları” QSC-də məlumat yayıb.
Məlumata əsasən bu gün saat 16:00 radələrində Bakı Dəmiryol Vağzalı ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin birində elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub, hadisənin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Gununsesi.info