Bakıda tikinti şirkətinin konteyneri yanıb

  • By admin
  • 18 Mart 2017 18:05

fhn yangin masin

 

Bakının Yasamal rayonu ərazisində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ərazidə tikinti aparan şirkətə məxsus və texniki otaq kimi istifadədə olan konteynerdə qeydə alınıb.
Hadisə yerinə FHN-in Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

 

Yanğın saat 15.40-da söndürülüb.

 

Gununsesi.info