“Bakıda tıxac problemi ilə bağlı xüsusi tapşırıq verildi

“Bakıda ictimai nəqliyyatın qeyri- effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc bildirib.

HTML tutorial

Deputat vurğulayıb ki, paytaxtda əsas iş yerləri, təhsil müəssisələri, səhiyyə, ticarət obyektləri əsasən Bakının 3-4 faizlik hissəsində formalaşıb: “Səbail, Nəsimi, Yasamal, Nərimanov rayonlarının ümumi ərazisi Bakının ərazisinin cəmi 4 faizini təşkil edir, amma paytaxt əhalisinin 28 faizi burada məskunlaıb. Ona görə də ictimai nəqliyyatın qeyri- effektivliyi tıxac probleminin yaranmasında önəmli yerlərdən birini tutur. Eyni zamanda yeni binaların tikintisi zamanı parkinq yerlərinin nəzərə alınmaması bu problemin yaranmasında önəmli rol oynayır”.

Maliyyə naziri Samir Şərifov isə bildirib ki, Bakıda nəqliyyat problemi ilə bağlı xüsusi tapşırıq var, bu istiqamətdə iş gedir.

Gununsesi.info