Bakıda toplaşan şəhid valideynləri Zakir Həsənovla görüşmək istəyirlər - Nazir onları qəbul edəcəkmi?

  • By admin
  • 25 Yanvar 2021 13:36

Həlak olmuş əsgərlərin 17 ailə üzvü  saat 12:00-da Tbilisi prospektində hərəkəti bağlayaraq Müdafiə Nazirliyinin rəhbərliyilə görüş tələb edib.

Aksiyaya valideynlərin onlara qarşı hörmətsiz münasibətdən narazılığı səbəb olub. Əsasən qohumları onların paytaxtdan kənarda, Qaradağ rayonunda yox, müharibə iştirakçılarının dəfn olunduğu Şəhidlər Xiyabanında dəfn edilməsini tələb edirlər.

Onlar Nazirlər Kabinetinin binasına gələrək bu məsələnin həllini xahiş ediblər. Orada onlara bildiriblər ki, müdafiə nazirinin müavini Kərim Vəliyev onları qəbul edəcək. Valideynləri “Salyan kazarmaları”na göndəriblər. Valideynlər oraya gedəndə isə məlum olub ki, heç kim onları gözləmir.

Qəzəblənmiş valideynlər Tbilisi prospektinə çıxıblar və yarım saat ərzində nəqliyyatın hərəkətini bağlayıblar. Bundan sonra Müdafiə Nazirliyinin nümayəndələri etirazçıların qarşısına çıxıblar və onları rəhbərliyə qəbula göndəriblər.

 

Xəbər turan.az saytında dərc edilib.

Gununsesi.org