Bakıda, Tovuzda və Ağdamda maşın yandı

  • By admin
  • 18 Fevral 2017 10:13

masin

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin işıq dirəyinə çırpılmısı nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:06-da başa çatıb.
Bundan başqa Tovuz rayonu, Düz Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m² tikilinin tavanı 60 m² sahəsi və tikilidə dayanmış vətəndaşa məxsus “AUDİ” markalı minik avtomobilinin salonu qısmən yanım. Tikilinin və avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Analoji hadisə Ağdam rayonunda da qeydə alınıb.Belə ki, rayonun Səfərli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan köməkçi tikilinin, ona bitişik ümumi sahəsi 6 m2 olan talvarın yanar konstruksiyaları və talvarın altında dayanmış “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 04:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info