Bakıda toz dumanı müşahidə olunur

Bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

 

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Gununsesi.info-ya bildirib ki, hazırda havada tozun miqdarı 1.6 dəfə normadan artıqdır.

 

“Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunması ilə əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz-dumanıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.

 

 

 

Gununsesi.info