Bakıda türk vətəndaşının telefonunu oğurladılar

Bakıda Türkiyə vətəndaşının telefonu oğurlanıb.

Gununsesi.org-un xəbərinə görə, bu ilin fevral ayından Azərbaycanda müvəqqəti yaşayan, ticarətlə məşğul olan Türkiyə vətəndaşı Çullu Yaşar Mehmet oğlu sentyabrın 14-də Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinə (PB) müraciət edərək həmin rayonun Y.Məmmədov küçəsi 1 ünvanının qarşısında özünə məxsus “Samsung Note 5” markalı mobil telefonunun oğurlandığını bildirib.

Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən araşdırma aparılır.