Bakıda “Türkiyə – Azərbaycan təhsil körpüsü” adlı konfrans keçirildi - FOTO

  • By admin
  • 23 Aprel 2018 16:52

Bu gün “Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə “Türkiyə – Azərbaycan təhsil körpüsü” adlı təhsil konfransı baş tutub.

Gununsesi.info-ya daxil olan məlumata görə, tədbirdə çıxış edən ev sahibəsi, “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, türkiyəli və yerli iştirakçılara və qonaqlara konfransda iştiraklarına görə minnətdarlığını bildirmiş, bu tədbirin Azərbaycan təhsili adına, ölkə gənclərinə fayda vermək naminə təşkil olunduğunu qeyd etmişdir. Türkiyə və Azərbaycan universitetlərinin rəhbər şəxslərinin iştirak etdiyi konfransda “Azərbaycan və Türkiyə arasında təhsil-təcrübə mübadiləsi”, “Türkiyə beynəlxalq təhsil təcrübəsini necə mənimsədi?” “Türkiyədə ali təhsil imkanları”, “Türkiyədə tələbə olmaq” və bu kimi digər mövzularda çıxışlar edilmiş, müzakirələr aparılıb.

Tədbirin qonağı Türkiyənin Altınbaş Universitetinin təsisçisi Ali Altınbaş, həmin universiteti yaratdığı zaman yaşadığı təcrübələrdən, qarşıya qoyulmuş hədəflərdən və digər məqamlardan iştirakçılara bəhs edib. Tədbirin digər qonaqları Yıldız Texnik Universitetinin rektoru Bahri Şahin, Altınbaş Universitetinin rektoru Çağrı Erhan, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərli və digər təhsil liderləri də mövzu barəsində öz fikirlərini bölüşmüş, təhsilin idarəsi prosesində əhəmiyyətli məqamları qeyd ediblər. Həmçinin, konfransda “Kaspi” Təhsil Şirkəti və Altınbaş universiteti arasında əməkdaşlıq sazişinin imzalanması, “Kaspi” Təhsil Şirkətinin Altınbaş universitetinin yeganə rəsmi nümayəndəsi olduğu xəbəri də verilib.