Bakıda Türkiyə – Rusiya münasibətləri müzakirə olundu

  • By admin
  • 12 İyul 2016 11:15

mamed-2

 

Məmmədyarov Lavrovla Rusiya Türkiyə münasibətlərini müzakirə edib.

“Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdiyimiz mövzulardan biri olub. Azərbaycan bunu alqışlayır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O, bildirib ki, xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir: “Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər”.

Gununsesi.info