Bakıda Türkiyə vətəndaşı ürəyindən bıçaqlandı

Bakıda Türkiyə vətəndaşı ürəyindən bıçaqlandı

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 1994-cü il təvəllüdlü Türkiyə vətəndaşı Altürk Mazlum Bül-Bül prospektində yerləşən restoranda azərbaycanlı dostuna qonaqlıq verdikdən onunla sonra mübahisə edib.

Nəticədə A.Mazlum dostu tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Yaralının yaxınlarının bildirdiyinə görə, zərərçəkmiş mərc oyununda (“Topaz”) xeyli miqdarda pul qazanıb. Buna görə də, dostuna restoranda qonaqlıq verib.

Gununsesi.info

COMMENTS