Bakıda türkiyəli deputat infarkt keçirdi - ÜRƏYİNƏ STENT QOYULDU

  • By admin
  • 16 Mart 2018 14:52
Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində vəziyyəti pisləşən MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Gununsesi.info xəbər verir ki, Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov APA-ya açıqlamasında deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib: “İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir”.
Qeyd edək ki, E. İhsanoğlu bu gün paneldə çıxış zamanı özünü pis hiss etdiyini deyib, çıxışını yarımçıq dayandırmalı olub.
Gununsesi.info