Bakıda türkiyəli iş adamının evi qarət olundu - 110 MİN DOLLAR APARILDI

  • By admin
  • 25 Yanvar 2018 10:22
Bakıda türkiyəli iş adamının evi qarət edilib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Türkiyə vətəndaşı Selçuk Mahmud oğlu Tapan polisə müraciət edərək yanvarın 23-də yaşadığı evin pəncərəsindəki dəmir barmaqlıqları qırmaqla oradan 110 min dollar, 1000 avro və 4000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarışlar tədbirləri davam etdirilir.
Qeyd edək ki, Selçuk Mahmud oğlu Tapan Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Gununsesi.info