Bakıda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunur

Hazırda Heydər Əliyev Mərkəzində Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Türkiyənin Cümhuriyyət bayramı qeyd olunur.

Gununsesi.info xəbər verir ki, tədbirə Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanılıb.

HTML tutorial

1200 qonağın dəvət olunduğu tədbirdə iştirakçılar arasında ictimai xadimlər, deputatlar, hərbçilər və mətbuat nümayəndələri var.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu səsləndirib.

Gununsesi.info