Bakıda üç maşın toqquşdu, bir nəfər ağır xəsarət aldı

  • By admin
  • 16 Avqust 2016 10:12

qeza

Bakıda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun APA-nın məlumatına görə, bu gün saat 08 radələrində Səbail rayonu Yeni Salyan şossesi 22 ünvanında, “Jurnalistlər binası”nın qarşısında 99-CD-653 dövlət nömrə nişanlı, “Mercedes” markalı, 99-AX-596 dövlət nömrə nişanlı, “Chevrolet” markalı və “Nissan” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Nissan”ın sürücüsü ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

Hadisə yerinə yol polisi gəlib. Araşdırmalar aparılır.

Gununsesi.info