Bakıda üçmərtəbəli evdə yanğın, bir nəfər xilas edildi

  • By admin
  • 06 İyun 2021 19:13

Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli evdə yanğın olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 618 kvadrat metr olan (hər mərtəbəsi 206 ) üçmərtəbəli evin ikinci mərtəbəsində pəncərə altlığı 0,5 kvadrat metr sahədə və bir ədəd kondisioner, üçüncü mərtəbəsində ayrı-ayrı otaqlarda 6 kvadrat metr sahədə məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər xilas olunub.

Yanğının yayılmasının qarşısı alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gununsesi.info