Bakıda üçotaqlı ev yanaraq kül oldu

  • By admin
  • 14 Sentyabr 2019 15:11

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin Xəzər rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlığdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.org