Bakıda Ukraynanın müstəqillik günü qeyd edilib

  • By admin
  • 20 Sentyabr 2017 20:40

20170920-191148

Bakıda Ukraynanın müstəqilliyin 26 ildönümünə həsr olunmuş qəbul keçirilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Oleksandr Mişşenko bildirib ki, ölkəsi 10 mindən çox ukraynalının həyatı hesabına müstəqilliyini əldə edib və bu gün Avropaya inteqrasiya siyasəti istiqamətində irəliləyir.

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna işğalçı ölkələr tərəfindən hərbi təcavüzlə əlaqədar olaraq maraqlarını müdafiə etməyə məcburdurlar: “Azərbaycan prezidenti İlham Əliyevə Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edirəm. Azərbaycan hərbi təcavüz və separatizmi hamıdan yaxşı bilir. Ukrayna prezidenti Petro Poroşenko Bakıya səfəri zamanı Azərbaycanın ərazi bütövlüyünə tam dəstəyini ifadə edib və bildirib ki status-kvo qəbuledilməzdir. Hər iki ölkənin bir birinin ərazi bütövlüyünün qarşılıqlı dəstəkləməsi münasibətlərin əsas istiqamətlərindən biridir.  İki ölkə arasında siyasi sahədə qarşılıq anlaşma sayəsində iqtisadiyyat, sosial, humanitar sahələrdə də əlaqələr sürətlə inkişaf edib.

Daha sonra çıxış edən xarici işlət nazirinin müavini Xələf Xələfov bildirib ki, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı etimad əlaqələrin inkişafına və dərinləşməsinə xidmət edib: “Bu əlaqələr tarixən dostluq əlaqələrinə əsaslanır. Münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu əlaqələrin inkişafı xalqların mənafeyinə və regionda sülhün təmin edilməsinə xidmət edir. Hər iki ölkə  dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərini rəhbər tutur. Münaqişələrin mövcudluğu regionda sülh və sabitliyin təminatına ciddi təhlükə törədir və regionun inkişafına mane olur. Ölkələrimiz arasında  ticarət dövriyyəsinin atması prioritet təşkil edir. İnanıram ki, Azərbaycanın son illər həyat keçirdiyi nəqliyyat və infrastruktur layihələri əlaqələrin inkişafına xidmət edəcək”.

Gununsesi.info