
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçiriləcək.
Gununsesi.org-un xəbərinə görə, tətbir 12-13 sentyabr tarixlərində “Park İNN” hotelindı təşkil olunacaq.
Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə gerçəkləşəcək bu mötəbər tətbirdə Asiya, Avropa və Afrikanın 20-yə yxın ölkəsindən, o cümlədən Türkiyə, Hindistan, Banqladeş, Nepal, Kenya, Zimbabve, İraq, Kosovo, Makedoniya, Şri-Lanka, Tanzaniya, Uqandadan nümayəndələr, həmçinin ölkəmizin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılacaqlar.
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv təşkilatların nümayəndələri öz ölkələrində söz azadlığı və medianın durumu, o cümlədən mövcud problemlərə dair məruzələrlə cıxış edəcəklər. Mövcud sahədəki tendensiyalarala bağlı fikir mübadiləsinin şəraitində jurnalistlərin davranışı ilə bağlı müzakirələrin getməsi də nəzərdə tutulur.
Gununsesi.org