Bakıda Universitet müəllimi vəfat edib

  • By admin
  • 17 Avqust 2021 10:36

Azərbaycan Dövlət Universitetinin (UNEC) “Humanitar fənlər” kafedrasının professoru Zahid Məmmədov bəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə mərhumun həmkarları məlumat veriblər.

Zahid Məmmədov 1931-ci ildə Füzuli rayonunun Cuvarlı kəndində anadan olub.

1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil alıb.
1966-cı ildən İqtisad Universitetində çalışırdı.
2017-ci ilin mayına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsində çalışıb.

Son vaxtlar “Humanitar fənlər” kafedrasının məsləhətçi-professoru idi.

2006-cı ildə ona Azərbaycan Respubilkasının “Əməkdar müəllim fəxri adı” verilib.

Allah rəhmət eləsin…