Bakıda uşaq 8-ci mərtəbədən yıxılaraq öldü

  • By admin
  • 11 Fevral 2017 10:10

ozunu binadan atan adam intihar

Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.

Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəb şagirdi dərhal keçinib.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib.

Gununsesi.info