Bakıda üstünə qaynar samovar aşan kişi öldü

  • By admin
  • 02 Avqust 2017 17:46

5981d69085f48_2samovar_chayi_00

Bir neçə gün əvvəl Bakı şəhərinin Biləcəri qəsəbəsində bədbəxt hadisə nəticəsində üzərinə samovar aşan şəxs vəfat edib.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, ağır vəziyyətdə “City Hospital” xəstəxanasına yerləşdirilən 48 yaşlı İlqar Ərəblinskinin həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin səyinə baxmayaraq bədəninin müxtəlif nahiyələri tamamilə yanmış şəxs vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info