
Bu gün Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 540 (hər mərtəbəsi 270 m2) olan mansard tipli ikimərtəbəli 8 otaqlı evin mansardının yanar konstruksiyaları və içərisində olan əşyalar 60 m2 sahədə yanıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Eyni zamanda, Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info