Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib

Bakıda vərəm xəstəsi olan müəllim məktəblilərə dərs keçib

Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə çalışan müəllimin xəstəliyi ilə əlaqədar məlumatlara aydınlıq gətirilib.

Gununsesi.info-nun xəbərinə görə, məktəbdən bildiriblər ki, həmin təhsil müəssisəsinin müəllimi Q.Balayeva (adlar şərtidir) ötən ilin 26 dekabr tarixindən “kəskin respirator xəstəliyi” diaqnozu ilə işə gəlmir.

Fevralın 9-da Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 23 nömrəli tam orta məktəbə göndərilən məktubda Q.Balayevada (adlar şərtidir) “sağ ağciyərin vərəmi” diaqnozunun təsdiq edildiyi qeyd olunub.

Dərhal Səhiyyə Nazirliyinin qurumları tərəfindən təhsil müəssisəsinin pedaqoji heyətinin və şagirdlərin müvafiq müayinəsi, həmçinin profilaktik tədbirlər həyata keçirilib və bu iş davam etdirilməkdədir.

Qeyd olunur ki, ötən il dekabrın 26-dan bu günə qədər şagird və müəllimlər arasında heç bir xəstəlik əlaməti aşkar olunmayıb.

Gununsesi.info

COMMENTS